“Forbes” jurnalının hesablamasına görə, İlon Maskın sərvəti 749 milyard dollara çatıb. Yəni Maskın sərvəti Azərbaycan büdcəsindən 33 dəfə, Gürcüstan büdcəsindən 61 dəfə, Ermənistan büdcəsindən 92 dəfə çoxdur. İlon Mask Cənubi Qafqaz ölkələrini indiki büdcə parametrləri ilə 17 il, yəni 2042-ci ilə qədər təkbaşına dolandıra bilər.
Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
“2026-cı il Azərbaycan büdcəsinin gəlir hissəsindən adambaşına 2230 dollar, Gürcüstanda 3086 dollar, Ermənistanda isə 2630 dollar düşür.
Mask bütün var-dövlətini 3 Cənubi Qafqaz ölkə əhalisi arasında bərabər bölsə, hər bir insana 44 min dollar düşər”, - o bildirib.