Gələn ildən Türk Hava Yolları (THY) İstanbuldan İrəvana müntəzəm uçuşlara başlayacaq.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç məlumat verib.
O qeyd edib ki, 11 mart 2026-ci ildən etibarən hər gün müntəzəm şəkildə İstanbul-İrəvan-İstanbul uçuşlarına başlanılacaq.