Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya Surət Hüseynovun yaxınları bildirib.
Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib.
Qeyd edək ki, Azərbaycanda “qiyamçı polkovnik” kimi tanınan Surət Hüseynov AXC-Müsavat hakimiyyətinin devrilməsində əsas fiqur olub.
Heydər Əliyev hakimiyyəti dövründə baş nazir postunu tutan Hüseynov sonra ömürlük məhkum edilib.
İlham Əliyev prezident seçildikdən sonra onu əfv sərəncamı ilə azadlığa buraxıb.
***
14:36
Sürət Hüseynov komaya düşüb.
Bakupost.az bildirir ki, bu barədə Qaynarinfo-ya sabiq baş nazirin yaxınları məlumat verib.
Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.
***
18:02
Səhhəti qəfil pisləşən sabiq Baş nazir Surət Hüseynov yerləşdirildiyi İstanbul Arnavutköy Dövlət Xəstəxanasından özəl tibb müəssisəsinə köçürülüb.
Bakupost.az xəbər verir ki, Surət Hüseynov indilərdə özəl xəstəxanaya aparılıb.
***
20:05
Sabiq Baş nazir Surət Hüseynov vəfat edib.
Bakupost.az xəbər verir ki, o, İstanbulda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, bu gün 64 yaşlı Surət Hüseynovun ölüm xəbəri yayılıb.
Onun İstanbuldan Moldovaya gedərkən səhhətindəki problemlə bağlı vəziyyəti pisləşib.
O, 1959-cu ildə Gəncə şəhərində anadan olmuşdu.
ALLAH RƏHMƏTİNƏ GDİB.RUHU ŞAD OLSUN!
Ona rəhmət olsun düşmür.Cinayətləri yetərli qədər olub.Ən pisi isə hakimiyyət bu cinayətləri gizlədib.
Allah hər canlıya ətrafındakılara münasib və bu işıqlı aləmi rahat tərk-ölümü qismət eləsin. Qlobal Forum keçirmiş mediamız atmacalar əvəzinə ölkəmizin mərkəzindəki gözə görünməz (Xaçatryan kimi beynəlxalq avtoritet) təhlükəmizdən yazsınlar? Surəti yaxın ətrafı ilə Gəncədə yetəri izolyasiyada saxlamaqla AXC-Musavat Hakimiyyəti özü Bakıda yeni 3/4 iyun gecisindən sonrakı *fəaliyyəti*ni formalaşdırırdı!? Otuz il öncəki gecəsini xatırladan 13/14 sentyabr 2022 gecəsi də az qala yuxarı Qarabağın təkrar ikili işğalına çevriləcəkdi?
Ola bilməz vəfat etsin,bəlkə ölüb,...