"Ermənistan hakimiyyəti Şuşinin təslim edilməsinin günahkarını təyin edib. Bu, 2020-ci ilin oktyabr ayının sonunda müdafiə ordusunun komandanı vəzifəsinə təyin edilmiş general Arzumanyan olacaq".
Bakupost.az xəbər verir ki, bu məlumatı erməni Teleqram kanalları yayıb.
Bildirilir ki, İstintaq Komitəsi general-leytenant Mikayel Arzumanyanın həbsinin səbəbini açıqlayıb. Açıqlamada deyilir:
“Arzumanyan 2020-ci il oktyabrın 30-dan noyabrın 9-dək Şuşi şəhərinin və ona bitişik rayonların müdafiəsinin təşkili zamanı xidməti vəzifələrinə səhlənkar münasibət göstərmiş, onları lazımınca yerinə yetirməmişdir. Belə hərəkətlər səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olmuşdur - düşmən silahlı birləşmələri Şuşi şəhərini və ona yaxın əraziləri tamamilə nəzarətə götürmüş, erməni birləşmələri itkilər vermiş və yaralananlar olmuşdur"
Qeyd edək ki, avqustun 30-da Arzumanyanın həbsi barədə qərar qəbul edilib.
İstintaq Komitəsinin açıqlamasına ironiya ilə yanaşan erməni teleqram kanalları xəbərə belə bir qeyd əlavə ediblər: "Azərbaycan qoşunları Şuşa yaxınlığında necə çatdı, İstintaq Komitəsi susur. Bunkerdəki mülki şəxslərdən kim hərbçilərə daim göstərişlər verirdi, İstintaq Komitəsi susur. Şuşi filialından Mərkəzi Bankın aktivlərini tələm-tələsik çıxaran, sonra isə şəhəri azərbaycanlıların ixtiyarına verən kimdir, İstintaq Komitəsi susur".
Zaur
BakuPost