Ru
18:04 / 03 Sentyabr 2025

Taksilərin hava limanına girişi QADAĞAN OLUNACAQ? - RƏSMİ

Taksilərin hava limanına girişi QADAĞAN OLUNACAQ? - RƏSMİ
Eye

Yayılan məlumatlara görə, sentyabrın 8-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan onlayn taksi sifarişi vermək mümkün olmayacaq və yalnız "London taksiləri" işləyəcək.

Bəs görəsən, bu məsələnin reallıq payı nə yerdədir?

Bakupost.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Oxu.Az-ın sorğusuna cavab olaraq hazırda sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparıldığı bildirilib.

Məlumatda qeyd olunub ki, taksilərin hava limanı ərazisinə giriş və çıxışına hər hansı məhdudiyyət tətbiq olunmur:

"İctimaiyyət görüləcək işlərlə bağlı yeniliklər baş verdikcə rəsmi şəkildə məlumatlandırılacaq".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar