Ru
16:51 / 14 İyul 2026

Taleh Yüzbəyovun qalmaqallı reklam videosu SİLİNDİ - VİDEO

Taleh Yüzbəyovun qalmaqallı reklam videosu  SİLİNDİ - VİDEO
Eye

Aktyor Taleh Yüzbəyovun rol aldığı və sosial şəbəkələrdə tənqidlərə səbəb olan dondurma reklamı “Almond Bakery”nin rəsmi səhifələrindən silinib.

Bakupost.az xəbər verir ki, buna səbəb istifadəçilərin sərt tənqidləri, “Almond Bakery”yə qarşı boykot çağırışları və üzr tələbləri olub.

Bu barədə Taleh Yüzbəyov da açıqlama verib. O, videonu şəxsi hesabında yenidən paylaşaraq məsələyə ironik münasibət bildirib:

"Şirkət videonu səhifəsindən sildi. Reklamsız versiyası isə burdadır. İstədiyiniz qədər baxıb, bəyənib və bəyənməyə bilərsiniz".

Aktyorun bu addımı isə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri bu dəfə onu ikiüzlülükdə ittiham edərək sərt reaksiyalar veriblər.

Qeyd edək ki, sözügedən reklamda estetik əməliyyat etdirən qadınlara eyham vurulması narazılıq doğurmuşdu.

Lalə Novruz,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar