Jony ləqəbi ilə məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli Mİnskdə çıxışı zamanı səs tellərindəki problemlərə görə bütün konsertlərini aprelin ortalarına qədər təxirə salıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Mash” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, 30 yaşlı ifaçı qrafikdən tamamilə kənara çıxıb və növbəti iki həftə ərzində bütün səhnə çıxışlarını ləğv edib.
Buna səbəb martın 27-də Minskdəki konserti zamanı səs tellərinin kəskin iltihabıdır.
Səhnədəki çıxışı zamanı Jony özünü pis hiss edib. İltihabı azaltmaq və ağrıları aradan qaldırmaq üçün ona beş adrenalin vurulub.
O, konsertə davam edib, amma vəziyyəti pisləşib.
Həkimlər ona mahnı oxumağı, hətta danışmağı belə qadağan ediblər, əks halda o, səs tellərini itirə bilər.
İfaçı hazırda həkim nəzarətindədir. Ona şişkinliyi azaltmaq, həmçinin inhalyasiya və ağciyərin nəmləndirilməsi üçün hormonal və antiinflamatuar müalicə təyin edilib.
Həmçinin üç həftə ərzində ciddi yuxu rejiminə riayət etmək və səs tellərində heç bir gərginlik yaratmamaq tapşırılıb.
Əgər onun sağalması problemsiz keçərsə, Jony aprelin 19-da konsertləri üçün səhnəyə qayıda biləcək.