Ru
17:39 / 13 Fevral 2026

Tanınmış idmançılara yüksək vəzifə verildi

Tanınmış idmançılara yüksək vəzifə verildi
Eye

Yunan-Roma güləşində gənclər, yeniyetmələr və kiçikyaşlı yeniyetmələr üzrə milli komandaların tərkibləri yenidən formalaşıb.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

U-20 yığmasının böyük məşqçisi vəzifəsinə Turac Hüseynli təyin edilib. Emin Əhmədov, Həsən Əliyev, Akif Əliyev və Elvin Mürsəliyev köməkçi-məşqçi funksiyasını yerinə yetirəcəklər.

U-17 millisində böyük məşqçi vəzifəsi Rafiq Hüseynova tapşırılıb. Məşqçilər heyətində Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədov da yer alıblar.

U-15 yığmasına böyük məşqçi vəzifəsini isə Taleh Məmmədov yerinə yetirəcək. Bu komandada digər məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlı olacaqlar.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar