Müğənni Mətanət Əsədova vəsiyyət edib.
Bakupost.az xəbər verir ki, o, bu barədə “Rəngarəng” verilişində danışıb.
O bildirib ki, vəziyyəti kritik olub və öləcəyini düşünürək vəsiyyət edib.
“Qızdırmam 41-dən aşağı düşmürdü, təzyiqim isə 180-120 idi. Civə qolumda partlamışdı. Səhərə yaxın vəziyyətim lap ağırlaşdı. Bacım və qardaşım ağlayırdı. Allah məni onlar üçün yaradıb...
Şükürlər olsun ki, sağaldım. Yaxşı ki, valideynlərim 1-2 övladla kifayətlənməyiblər, yoxsa mənim üçün çox çətin olardı. Onlar həyatımın mənasıdır”, -deyə M. Əsədova bildirib.