Ru
13:58 / 21 Aprel 2026

TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır?

TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır?
Eye

TƏBİB-də “yarpaq tökümünə” start verilib. Anar Bayramov icraçı direktor vəzifəsinə təyin olunan kimi qurumda kadr dəyişikliklərinə başlayıb.

Bakupost.az xəbər verir ki, TƏBİB sədrinin səlahiyyətlərini icra edən Anar İsrafilov tərəfindən cəmi 17 gün əvvəl müşavir vəzifəsinə təyin edlən həkim Zeynal Bayramlı A. Bayramovun əmrilə işdən azad edilib. Ardınca, müvafiq əmrlərlə digər müşavirlər-Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu da vəzifələrilə vidalaşmalı olublar.

Hətta məlumata görə, digər müşavirləri də anoloji aqibət gözləyir.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bakupost.az-a bildirib ki, bu addımlar TƏBİB-də struktur dəyişikliyinə hesablanıb:

“TƏBİB-də hazırda rəhbər dəyişikliyi ilə bağlı kadr islahatları gedir. Aprelin 17-də Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin edilən kimi, komandada dəyişikliklərə başlayıb. Bu dəyişikliklərin səbəbi yeni icraçı direktorun öz komandasını formalaşdırması ilə bağlıdır”.

Ekspertin sözlərinə görə, Azərbaycanda dövlət qurumlarında rəhbər dəyişəndə əvvəlki rəhbərin təyin etdiyi müşavirləri, köməkçiləri çıxarıb yerinə özünə yaxın kadrları gətirmək adi praktikadır:

“Bu Azərbaycanda bir ənənəyə çevrilib. Bəzən buna işin keyfiyyəti baxımından ehtiyac duyulur, bəzən isə fərdi maraqlar bunu vacib edir. Zeynal Bayramlını Anar Bayramovdan əvvəlki səlahiyyətli şəxs təyin etmişdi. İndi yeni direktor öz iş prinsiplərinə uyğun adamlarla işləmək istəyir”.

Həmsöhbətimiz qeyd edir ki, bu proses TƏBİB-də yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir:

“Yəni sistemdə “təmizlik” gedir, əvvəlki idarəetmənin kadrları gedir, yeni rəhbərin komandası yığılır. Hələlik rəsmi açıqlama yoxdur, amma media yazır ki, kadr dəyişiklikləri davam edəcək. Eyni vaxtda 5 müşavirin çıxarılması da göstərir ki, söhbət bir nəfərlik məsələdən yox, ümumi struktur dəyişikliyindən gedir”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar