Ru
19:38 / 09 Fevral 2026

TƏCİLİ! Əli Kərimli məhkəmə qarşısına çıxarıldı - YENİ QƏRAR

TƏCİLİ! Əli Kərimli məhkəmə qarşısına çıxarıldı - YENİ QƏRAR
Eye

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) hazırda həbsdə olan sədri Əli Kərimli barədə həbs qətimkan tədbiri uzadılıb.

Bakupost.az xəbər verir ki, bu barədə fevralın 9-da Səbail Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, Əli Kərimli barədə həbs qətimkan tədbiri 4 ay müddətinə uzadılıb.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar