İsrail Vaşinqtonla Tehran arasında aparılan danışıqların uğur qazanması naminə Livanda hərbi əməliyyatları məhdudlaşdırmağa razılaşıb.
Bakupost.az KONKRET.az-a istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bildirib.
Onun sözlərinə görə, İsrail tərəfi müəyyən qədər təmkin nümayiş etdirməyi təklif edib. Vens qeyd edib ki, bu addım ABŞ və İran arasında gedən diplomatik prosesin nəticə verməsinə şərait yaratmaq məqsədi daşıyır.
“Anladığım qədərilə, israillilər açıq şəkildə Livanda müəyyən qədər təmkinli davranmağı təklif ediblər. Çünki onlar danışıqlarımızın uğurlu olacağına əmin olmaq istəyirlər”, – deyə o, Budapeştdən yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, son dövrlər regionda gərginliyin artması fonunda ABŞ ilə İran arasında aparılan danışıqlar beynəlxalq diqqət mərkəzindədir. İsrailin Livandakı əməliyyatları isə bu prosesə təsir edən əsas amillərdən biri kimi qiymətləndirilir.