İranın Hörmüz boğazından keçən gəmilərdən “təhlükəsiz dəhliz” üçün ödəniş tələb etməyə başlaması ilə bağlı xarici mənbələrdə məlumatlar yayılıb.
Bakupost.az xəbər verir ki, artıq bir neçə tankerin bu yolla boğazdan keçdiyi və hər gəmiyə görə İran və Omana 2 milyon dollar ödəndiyi bildirilir.
Bu yeni qayda gerçək və işlək olarsa, həm İranın iqtisadi gücünə təsir edə, həm də qlobal neft bazarında qiymət dalğalanmalarına səbəb ola bilər. Məsələ ilə bağlı enerji məsələləri üzrə ekspert İlham Şabanın fikirlərini dinləyək.
Gülsüm Baxşəliyeva, BakuPost