Əvvəllər Azərbaycanda genetik testlərə maraq az idi. Son illər maarifləndirmə işləri nəticəsində testlərə maraq artıb. İndi zadəgan nəsilləri də, sıravi insanlar da testlər keçirirlər. Avropada artıq bu testlər tamamlanıb. Məsələn, Hitlerin, Mussolinin, Napoleon Bonapartın nəsli bilinir. Hətta Rusiya Prezidenti Vladimir Putinin də nəsli məlumdur. Onun əmisi oğlu testdən keçib.
Bakupost.az xəbər verir ki, bunu genetik tədqiqatçı Orxan Xansuvar Teleqraf-a müsahibəsində deyib.
“Vladimir Putinin Y DNT haploqrupu E haploqrupunun V13 subkladı olaraq müəyyən olunub. Bu subklad isə əsasən Balkan yarımadasında və Cənubi Avropa xalqlarında geniş yayılıb. Bəzi zadəgan slavyan nəsillərində də bu subklada rast gəlinir.
Genetik testlər vacib prosedurdur. Bu yolla rəsmi tarixdəki boşluqlar aradan qaldırılır. Bu, həm də dövlətin güclənməsinə və insanlar arasında birlik yaranmasına kömək edir”, - o qeyd edib.