Ru
14:38 / 23 Dekabr 2025

“Tehrana dərs olmadı” – İranın ballistik raketləri ABŞ və İsrailin diqqətində

“Tehrana dərs olmadı” – İranın ballistik raketləri ABŞ və İsrailin diqqətində
Eye

Bölgədə gərginliyin artması və İranın hərbi fəaliyyətlərinə dair məlumatlar ABŞ və İsrailin diqqətini Tehranın raket proqramına yönəldib.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, qərbli müşahidəçilər İranın 12 günlük müharibədən sonra ballistik raket və nüvə imkanlarını yenidən qurmağa çalışdığını bildirir. İran isə proqramın tamamilə müdafiə məqsədli olduğunu və müzakirə edilmədyini vurğulayır.

İsrail Baş Naziri Benyamin Netanyahu İranın son hərbi manevrlərini izlədiklərini açıqlayıb və İranın nüvə fəaliyyətlərinin ABŞ Prezidenti ilə görüşdə müzakirə olunacağını bildirib. Netanyahu hər hansı hərəkətə qarşı güclü cavab veriləcəyini, lakin İsrailin münaqişə istəmədiyini də əlavə edib.

ABŞ-ın İsraildəki səfiri Mays Hakkabi Tehranın son müharibə zamanı Fordo nüvə obyektinə edilən hücumdan dərs çıxarmadığını bildirib. ABŞ Senatının üzvü Lindsi Qraham İranın raket arsenalının yenidən qurulmasını nüvə proqramı ilə müqayisə edilə biləcək bir təhdid kimi qiymətləndirib.

İran Xarici İşlər Nazirliyi balistik raket proqramının müzakirə mövzusu olmadığını vurğulayıb. Ordu komandanı Əmir Hatəmi isə hər hansı bir hücuma qətiyyətlə cavab verəcəklərini bildirib.

İran mediasında hərbi manevrlərə dair ziddiyyətli məlumatlar yayılıb. SEPAH-a yaxın bəzi mənbələr bir neçə şəhərdə sınaqlardan danışsa da, rəsmi televiziya hər hansı hərbi manevrin olmadığını və yayılan görüntülərin yanlış olduğunu bildirib.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar