Ru
15:14 / 23 Dekabr 2025

Yarım saata 15 min manat – Müğənnilərin fantastik Yeni il qiymətləri – SİYAHI

Yarım saata 15 min manat – Müğənnilərin fantastik Yeni il qiymətləri – SİYAHI
Eye

Restoranlar Yeni il gecəsi tanınmış müğənnilərdən kimisə çıxış üçün dəvət etmək istəsə, xərcə düşməli olacaq.

Bakupost.az Sfera.az-a istinadən xəbər verir ki, tanınmış müğənnilərin xüsusi günlərdə yarım saatlıq (təxminən 5-6 mahnı) çıxış üçün tələb etdiyi məbləğlər 2 min manatdan 15 min manata qədər artır.

Qiymətlər ifaçının populyarlığı, repertuarı və tələb səviyyəsinə görə dəyişir.

Araşdırma nəticəsində məlum olub ki, Yeni il gecəsi toy və özəl məclislər üçün müğənnilərin 30 dəqiqəlik çıxış qiymətləri belədir:

Aygün Kazımova -15 000 manat
Tünzalə Ağayeva - 7 000 manat
Zamiq Hüseynov - 5 000 manat
Şəbnəm Tovuzlu - 5 000 manat
Rəqsanə İsmayılova - 4 000 manat
Aysun İsmayılova - 3 500 manat
Vəfa Şərifova - 3 500 manat
Almaxanım - 2 500 manat
Elza Seyidcahan - 2 000 manat
Kəmalə Günəşli - 2 000 manat

Yeni il gecəsi sifarişlərin artması qiymətlərin də yüksəlməsinə səbəb olur.

Qeyd edək ki, açıqlanan məbləğlər bazar qiymətlərinə əsaslanır və məkan, vaxt, proqramın həcmi kimi amillərdən asılı olaraq dəyişə bilər.
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar