Ru
09:21 / 25 Mart 2026

Tehranda ard-arda partlayışlar – İsrail bir neçə nöqtəyə zərbələr endirdi

Tehranda ard-arda partlayışlar – İsrail bir neçə nöqtəyə zərbələr endirdi
Eye

Tehran şəhərində ard-arda partlayışlar baş verib. Hadisələr ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumların davam etdiyi bir vaxtda qeydə alınıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Anadolu agentliyi”nin müxbiri məlumat yayıb. Bildirilir ki, paytaxtda bir neçə partlayış səsi eşidilib.

Məlumata görə, partlayışlardan sonra şəhərin şərq hissəsində tüstü qalxdığı müşahidə olunub.

Digər tərəfdən, İsrail Müdafiə Qüvvələri paytaxtın müxtəlif nöqtələrinə zərbələr endirildiyini açıqlayıb. Hücumların miqyası və nəticələri barədə hələlik rəsmi detallı məlumat verilməyib.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar