Ru
11:41 / 18 Noyabr 2020

Təhsil naziri müharibədə iştirak edən müəllim və tələbələrdən danışdı VİDEO

4946

“Vətən müharibəsində iştirak edən təhsil işçiləri, müəllimlər, tələbələrin problemləri ilə bağlı müraciətlər araşdırılır və müvafiq tədbirlər görüləcək”.


"BakuPost" xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev ATV kanalına eksklüziv müsahibəsində deyib.

Onun sözlərinə görə, müharibədə iştirak edən hər bir təhsil işçisinə və ya tələbələrə köməklik göstəriləcək:

“Bir qrup tələbəmiz könüllü və ya səfərbərliyə alınmaqla Vətən müharibəsində iştirak edib. Təbii ki, onların da fərqli problemləri var. Təhsil Nazirliyinə müxtəlif qəbildən olan müraciətlər var. Bərpa olunmaqla bağlı, kəsirlərlə bağlı və s. Təhsil Nazirliyi olaraq təbii ki, çalışırıq ki, bu problemləri toplayaq, dinləyək, sistemləşdirək. Problemlərin xarakterindən asılı olaraq müxtəlif həll yolları var. Bəzi hallarda bu həll yolları mümkündürsə ən qısa zaman ərzində aidiyyəti ali təhsil müəssisə rəhbərlərinə və ya digər təhsil müəssisələri rəhbərlərinə bununla bağlı tapşırıq verilir. Amma bir çox hallarda bu, tənzimlənən məsələlərdir. Yəni, qaydalarla tənzimlənir. Hazırda tərəfimizdən bu məlumatlar toplanır və sistemləşdirilərək aidiyyəti şəkildə digər həmkar qurumlarımızla və o cümlədən əgər qaydalara dəyişikliklərə ehtiyac varsa, bu tip qaydalara dəyişikliklər etməklə çalışırıq təbii ki, bu qələbədə rolu olan hər bir soydaşımıza köməklik göstərək. Ona görə mənim də xahişim ondan ibarətdir ki, mümkün dərəcədə səbirli olub prosesləri bir qədər səbirlə gözləyək. Təhsil Nazirliyi olaraq biz də öz tərəfimizdən həmin qaydaları dəyişmək, müvafiq normativ baza yaratmaqla, problemdən asılı olaraq bütün vətəndaşlarımızın məsələlərinə baxılacaq”.

Təhsil naziri koronavirusun təhsil prosesinə təsiri ilə bağlı da danışıb. Bununla bağlı maraqlı açıqlamalar verib.

Həmin müsahibəni təqdim edirik:

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər