Ru
15:27 / 05 Sentyabr 2022

"Tərtər işi" ilə bağlı həbs olunan şəxs şair imiş

"Tərtər işi" ilə bağlı həbs olunan şəxs şair imiş
Eye

“Tərtər işi” ilə bağlı həbs olunan Rahib Məmmədovun kimliyi ilə bağlı bəzi məlumatlar məlum olub.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, Rahib Məmmədov həbs olunana qədər ədliyyə mayoru rütbəsində hərbi hüquqşünas kimi xidmət edib. O, həmçinin Rahib Bəşər imzası ilə tanınan şairdir.


Rahib Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” və “Azərbaycan Bayrağı” mükafatları laureatıdır.

Onun “Həyat eşqi”, “Sevgi dünyam”, “Zirvəyə doğru” adlı kitabları nəşr olunub.

Xatırladaq ki, Rahib Məmmədov “Tərtər işi” ilə bağlı həbs olunub.

O, Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar