Ru
20:04 / 15 Noyabr 2025

"Tesla"dan təchizatçılarına Çinlə bağlı tələb: DAYANDIRIN!

"Tesla"dan təchizatçılarına Çinlə bağlı tələb: DAYANDIRIN!
Eye

Amerikanın elektromobil istehsalçısı "Tesla" öz təchizatçılarından ABŞ-də avtomobil istehsalı zamanı Çində hazırlanan komplektləşdirici hissələrdən imtina etmələrinə dair göstəriş verib.

Bakupost.az xəbər verir ki, bu barədə "Wall Street Journal" mənbələrinə istinadən məlumat yayıb.

İddiaya görə, şirkət yaxın bir-iki il ərzində tamamilə Çindən kənarda istehsal olunan detalların istifadəsinə keçmək istəyir.

"Tesla" ABŞ-də istehsal olunan avtomobillərində Çin istehsalı olan komplektləşdirici hissələrdən imtina edilməsini təchizatçılarından tələb edir ki, bu da ABŞ və Çin arasında dərinləşən geosiyasi gərginliyin nəticələrinin yeni nümunəsidir... Şirkət yaxın bir-iki il ərzində tamamilə Çindən kənarda istehsal olunan detalların istifadəsinə keçməyi hədəfləyir", – xəbərdə qeyd olunub.

Mənbələrin məlumatına görə, "Tesla" bu ilin əvvəlində ABŞ-də istehsal olunan avtomobilləri üçün Çin təchizatçıları ilə əməkdaşlığı dayandırmaq qərarı verib: "Tesla" və onun təchizatçıları artıq bəzi Çin istehsalı hissələri digər ölkələrdə istehsal olunan detallar ilə əvəz ediblər. Qeyd olunub ki, şirkət ABŞ Prezidenti Donald Trampın Çin idxalına yüksək rüsumlar tətbiq etməsindən sonra Çin istehsalı olan hissələrdən imtina planlarının həyata keçirilməsini sürətləndirib.

Şərhlər
  • Bəhram konstr.

    Hansı ölkə ÇXR kimi kütləvi sayda və ucuz qiymətə *tarakan* və digər *çip* sxem-kartlarını dəqiq qiymətli metalla da cızıb-yoxlar, yığıb-yoxlar, sonra da sınaqdan keçirib-sifarişçiyə təqdim edər? Deyəsən axı, *İkitətərəflı (dəyənək) münasibətləri Gömrük Rüsumunu o həddə yüksəldib ki, aşağı qiymətlə keyfiyyətə zəmanət verməyən Çin *çipləri*, artıq ABŞın dəstlədiyi elektron avadanlığın dünyəvi üstün-rəqabə təmin etmir? Müxtəlif təyinat sahəli mütəxəssislərimizin çxr, güney korey və icadçı hipponlarla məsləhətləşmə əsasında ölkəmizdə orta güclü sınaq müəssisənin qurulması qaçılmaz sənaye robotları və süni intellekt modellərinin (heç olmazsa, hansısa elementlərinin inteqrasion-kooperasiyası üçün vacib-səmərəli təklif olardı? Əski AzSSR *Ozon* (yarımkeçirici tarakanları) elementləri avropadan əski böyük ittifaq dövlətini və onlarla digər digər ölkələrin uyğun elektron avadanlığı və (qapalı) sənaye istehsalını belə müvəffəqiyyətlə dəstləşdirib.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar