Ru
17:51 / 27 May 2025

“Tesla”nın Çin rəqibi avtomobillərin qiymətini kəskin endirdi

“Tesla”nın Çin rəqibi avtomobillərin qiymətini kəskin endirdi
Eye

BYD şirkəti Çində elektrik avtomobillərinin qiymətlərini kəskin şəkildə endirib və bununla da "Tesla” ilə rəqabəti daha da gücləndirib.

Bakupost.az xəbər verir ki, bu barədə "The Telegraph” məlumat yayıb.

Məşhur Çin istehsalçısı özünün bazar modelini "Tesla”nın ən ucuz avtomobilindən demək olar ki, 75% aşağı qiymətə satışa çıxarıb. Bu, "Seagull” hetçbek modelinin 20% ucuzlaşaraq 55 800 yuana (təxminən 7700 dollar) düşməsindən sonra baş verib.

Bu məbləğ, "Tesla”nın ən ucuz modeli olan Model 3-ün ( 32234 dollar) qiymətinin cəmi dörddə biri qədərdir.

Şenjen şəhərində yerləşən BYD-nin investorları arasında Uorren Baffet də yer alır. Şirkət həftə sonu elan edib ki, iyunun sonunadək Çində 22 modelə endirim tətbiq ediləcək. Bu addım daxili bazarda tələbatın azalması və AB və ABŞ-da gömrük rüsumlarının artırılmasına cavab olaraq atılıb.

Kütləvi endirimlər bazarda şiddətli rəqabəti nümayiş etdirir. Aprel ayında dilerlərin anbarlarında 3,5 milyon satılmamış elektrikli avtomobil qalıb – bu, 2023-cü ilin dekabrından bəri ən yüksək göstəricidir. Satışlar Çində iqtisadi artımın ləngiməsi səbəbindən zəifləyib.

Mütəxəssislər bildirirlər ki, "Tesla” və digər Qərb istehsalçıları qiymət baxımından çinli rəqiblərinə artıq uzun müddətdir uduzurlar.

Məsələn, ötən ay BYD Avropada satış həcminə görə ilk dəfə "Tesla”nı geridə qoyub, yanvar ayında isə bu hal Böyük Britaniyada baş verib. Buna İlon Maskın Donald Trampı dəstəkləməsi səbəbilə "Tesla”ya qarşı yaranan boykot dalğası da təkan verib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar