Ru
09:27 / 14 Fevral 2026

Təyyarədə dava düşdü: TƏCİLİ eniş edildi - VİDEO

Təyyarədə dava düşdü: TƏCİLİ eniş edildi - VİDEO
Eye

Türkiyədən Mançesterə uçan təyyarədə sərnişinlər arasında şiddətli dava olub.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarə təhlükəsizlik səbəbindən Belçikanın Brüssel şəhərinə təcili eniş edib və polis tərəfindən iki nəfər saxlanılıb.

Görüntülərdə sərnişinlərin dəhlizdə yumruq atdığı, yerdə güləşdiyi və qışqırıqların səsləndiyi görünür. Şahidlər döşəmədə qan ləkələri və dişlər olduğunu bildiriblər. Dava sərnişinlərdən birinin digərinin mobil telefonunu götürməyə çalışması ilə başlayıb və tezliklə nəzarətdən çıxıb.

Hadisədən əvvəl bir sərxoş sərnişin kabin heyəti ilə siqaret üstündə mübahisə edib və irqçi ifadələr işlədib. Kabin heyəti sərnişinləri sakitləşdirməyə çalışıb.

Təyyarə enişdən sonra yenidən havaya qalxaraq, Mançesterə səyahətini tamamlayıb. Aviaşirkət hadisəni “qəbuledilməz və dəhşətli” adlandıraraq, iştirakçı sərnişinləri ömürlük qara siyahıya salıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar