Tofiq Bəhramovun nəvəsi yeni vəzifəyə təyin olunub.
Bakupost.az xəbər verir ki, o, babasının adını daşıyan Tofiq Bəhramov adına Respublika Stadionuna direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, T. Bayramov Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışıb.
Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı, əfsanəvi futbol hakimi Tofiq Bəhramovun nəvəsidir. 1993-cü ildə vəfat edən Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyunu zamanı verdiyi qərarla bütün dünyada məhşurlaşıb. Hazırda Bakıda yerləşən Respublika Stadionu mərhum hakimin adını daşıyır.