Ru
15:26 / 25 İyun 2026

TOGG-dan böyük sürpriz: 3 yeni model gəlir!

TOGG-dan böyük sürpriz: 3 yeni model gəlir!
Eye

Türkiyənin milli elektromobil markası TOGG yeni inkişaf mərhələsinə qədəm qoyur.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, şirkət dünyanın ən böyük batareya istehsalçılarından biri olan CATL-nin törəmə şirkəti CAIT ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb. Razılaşmaya əsasən, B seqmentində üç yeni elektromobil modeli hazırlanacaq. Yeni avtomobillər CAIT-in innovativ Bedrock platforması üzərində qurulacaq və 2027-ci ilin ortalarından etibarən mərhələli şəkildə satışa çıxarılacaq.

Yeni üç modelin təqdimatı ilə TOGG-un məhsul çeşidinin daha da genişlənəcəyi və markanın beynəlxalq bazarlardakı mövqeyinin güclənəcəyi gözlənilir.

Röya Rizvanzadə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar