Ru
17:56 / 09 Dekabr 2025

Tramp ABŞ-dan, Putin Rusiyadan qovur – Deportasiya olunanlar müharibəyə göndəriləcək

Tramp ABŞ-dan, Putin Rusiyadan qovur – Deportasiya olunanlar müharibəyə göndəriləcək
Eye

Dekabrın 9-u gecə saatlarında Moskvanın Domodedovo aeroportuna ABŞ-dan deportasiya edilmiş bir qrup Rusiya vətəndaşı gətirilib. Deportasiya olunan 64 nəfərin bir çoxuna dərhal hərbi qeydiyyata düşmək və müharibəyə göndərilmək üçün çağırış vərəqələri təqdim edilib.

Bakupost.az Rusiyanın “Эхо” radiostansiyasına istinadən xəbər verir ki, “Russian America for Democracy in Russia” təşkilatının rəhbəri Dmitri Valuyev məlumatına görə, deportasiya olunanlar Arizonadan Misirin paytaxtı Qahirəyə, oradan isə Moskvaya gətirilib. Qahirədə əşyaları və telefonları qaytarılan sərnişinlər ciddi müşayiətlə təyyarəyə əyləşdiriliblər.

Domodedovo aeroportuna enən sərnişinlər arasında 123 milyon rubl dələduzluqda ittiham olunan 69 yaşlı Zair Syamullin də olub. Onun deportasiyasını Rusiya tələb etmişdi. Dünənki reys 2025-ci ildə ABŞ-dan Rusiyaya həyata keçirilən üçüncü böyük deportasiya reysidir.

Məlumatlara görə, deportasiya edilənlər arasında ABŞ-da sığınacaq almış və ya doğma ölkəsində təqib ediləcəklərini bildirən şəxslər də ola bilər. Rusiya-Ukrayna müharibəsindən sonra ABŞ-a müraciət edən rusiyalıların sayı kəskin artıb. 2021-ci ildə bir neçə min, 2022-ci ildə 36 min, 2023-cü ildə isə 57 min nəfər sərhədi keçmişdi.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar