Ru
16:13 / 15 Aprel 2026

Tramp Hörmüz boğazının açıldığını bəyan etdi

Tramp Hörmüz boğazının açıldığını bəyan etdi
Eye

Hörmüz boğazındakı blokada vəziyyəti bir daha təkrarlanmayacaq.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında paylaşım edib.

Prezident bildirib ki, Hörmüz boğazındakı blokada vəziyyəti bir daha təkrarlanmayacaq:

"Çin Hörmüz boğazını tamamilə açmağımdan çox məmnundur. Mən bunu onlar və dünya üçün edirəm. Rəsmi Pekin artıq İrana silah göndərməməyə razılaşıb. Bir neçə həftədən sonra Çinə səfər edəcəyəm və Si Cinpin məni orada çox səmimi qarşılayacaq".

D. Tramp iki ölkə arasındakı əməkdaşlığı "ağıllı və səmərəli" adlandıraraq, diplomatik yolun müharibədən daha üstün olduğunu qeyd edib: "Birlikdə işləmək döyüşməkdən daha yaxşı deyilmi? Amma unutmayın, əgər məcbur qalsaq, döyüşməkdə hər kəsdən daha yaxşıyıq".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar