Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırıq, lakin NATO çərçivəsində deyil.
Bakupost.az “Politico”ya istinadən xəbər verir ki, bunu ABŞ Prezident Donald Tramp bildirib.
Mənbələrin məlumatına görə, o həmçinin qeyd edib ki, Vaşinqton atəşkəs barədə Rusiya ilə razılıq əldə olunacağı təqdirdə Kiyevə “çəkindirici vasitələr” təqdim etmək imkanını nəzərdən keçirə bilər. Lakin bu planın həyata keçirilməsi üçün bir sıra şərtlərə əməl edilməlidir.
Bununla yanaşı, amerikalı lider ümumi konsepsiyanın müzakirəsi ilə kifayətlənərək, “təhlükəsizlik zəmanətləri” dedikdə konkret olaraq nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Lalə,
BakuPost