Ru
22:36 / 09 Sentyabr 2025

Tramp Netanyahu və Qətərin rəhbərliyi ilə danışdı

Tramp Netanyahu və Qətərin rəhbərliyi ilə danışdı
Eye

İsrail hərbçilərinin Qətərin paytaxtında radikal Fələstinin HƏMAS hərəkatının rəhbər üzvlərinə hücumu yəhudi dövlətinin və ABŞ-ın məqsədlərinə nail olmağa kömək etmir.

Bakupost.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Suveren dövlət və ABŞ-ın yaxın müttəfiqi olan, sülhə nail olmaq üçün bizə böyük səylər göstərən və cəsarətlə risk götürən Qətəri birtərəfli bombardman etmək nə İsrailin, nə də Amerikanın məqsədlərinə xidmət etmir", - deyən Ağ Evin mətbuat katibi əlavə edib ki, zərbədən sonra ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.

"Prezident Qətərin əmiri və baş naziri ilə də söhbət edib, onlara ölkəmizə göstərdikləri dəstəyə və dostluğa görə təşəkkür edib. Onları əmin edib ki, ölkə ərazisində bir daha belə hal baş verməyəcək", - Karolin Levitt bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Qətəri İsrailin Dohada "HƏMAS" rəhbərliyinə qarşı hava hücumu planlaşdırması barədə əvvəlcədən məlumatlandırıb.

Xatırladaq ki, İsrailin Dohaya hücumunda 6 nəfər ölüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar