Ukrayna ilə münaqişənin həlli üçün müəyyən edilmiş müddətdə irəliləyiş olmazsa, Rusiyaya qarşı sanksiyalar tətbiq ediləcək.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"Düşünürdüm ki, biz bunu üç dəfə razılaşdırmışıq və bəlkə də o, bütün bunları öz üzərinə götürmək istəyir. Məncə, onun üçün çox çətin olacaq", - ABŞ lideri əlavə edib.