Hindistanın Baş naziri Narendra Modi Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Malayziyada keçirilən sammitində (26-28 oktyabr) ABŞ Prezidenti Donald Trampla görüşdən və Pakistanla bağlı mümkün müzakirələrdən yayınmaq üçün iştirak etməyib.
Bakupost.az xəbər verir ki, bu haqda “Bloomberg” məlumat yayıb.
“Modi Trampın may ayında dörd günlük silahlı münaqişədən sonra Hindistan və Pakistan arasında atəşkəsə vasitəçilik etdiyi barədə iddialarını təkrarlayacağından qorxurdu”, - məqalədə deyilir.
Mənbənin sözlərinə görə, baş nazirin komandası Malayziyada ABŞ prezidenti ilə mümkün ikitərəfli görüşdən heç bir aydın nəticə görməyib və liderlər arasında keçən həftə telefon danışığı Yeni Dehlinin gözləntilərini doğrultmayıb.