Ru
18:57 / 04 May 2026

Trampın bu paylaşımı müzakirə yaratdı - Foto

Trampın bu paylaşımı müzakirə yaratdı - Foto
Eye

ABŞ Prezidenti Donald Tramp özünə məxsus “Truth Social” sosial şəbəkəsində ABŞ və İranın hərbi güclərini müqayisə edən qalmaqallı paylaşım edib.


Bakupost.az xəbər verir ki, Trampın paylaşdığı fotoda iki ölkənin Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin vəziyyəti qarşı-qarşıya qoyulub.

Paylaşımda İranın sabiq Ali Lideri Seyid Əli Xameneinin öldürüldüyü, ölkənin bütün hərbi hava və dəniz güclərinin, eləcə də HHM sistemlərinin tamamilə məhv edildiyi iddia olunur. Müqayisəli fotoda ABŞ ordusunun isə bütün sahələr üzrə 100% döyüş hazırlığı vəziyyətində olduğu göstərilib.

Xatırladaq ki, aprel ayından bəri tərəflər arasında kövrək atəşkəs elan olunsa da, hər iki tərəf tez-tez hərbi ritorika ilə bir-birini hədələməkdə davam edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar