Ru
20:22 / 04 Noyabr 2025

Türk nazirdən örnək addım: Bütün orqanlarını bağışlayacaq

Türk nazirdən örnək addım: Bütün orqanlarını bağışlayacaq
Eye

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu bütün orqanlarını bağışlayacağını açıqlayıb.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, nazir Ankarada Bilkent Şəhər Xəstəxanasının inzibati binasında Orqan Donorluğu Həftəsi çərçivəsində keçirilən toplantıda çıxışı zamanı bütün orqanlarını bağışlayacağını bildirib.

"Bu, təkcə xeyirxah əməl deyil, həm də başqa bir insana həyat bəxş etməkdir" - K.Memişoğlu bildirib.

Nazirin açıqlaması sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər bu addımı vətəndaş məsuliyyəti nümunəsi kimi qiymətləndirib, bəziləri isə belə bir qərarın İslam normalarına uyğun olmadığını bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar