Türkiyənin qadınlardan ibarət voleybol milli komandası Avropa çempionatının finalında Serbiyaya uduzub.
BakuPost-un məlumatına görə, “ay ulduzlular” həlledici qarşılaşmadan 2:3 hesablı məğlubiyyətlə ayrılıb.
Bununla da Türkiyə komandası Avropa ikincisi olub.