Ru
21:07 / 17 Oktyabr 2025

Türkiyə hökumətindən LGBT nikahı və cinsiyyət dəyişməsinə qarşı SƏRT qanun layihəsi

Türkiyə hökumətindən LGBT nikahı və cinsiyyət dəyişməsinə qarşı SƏRT qanun layihəsi
Eye

Türkiyə hökuməti açıq şəkildə özünü başqa cinsdən olan şəxs kimi təqdim etməyə görə həbs cəzası nəzərdə tutan yeni qanun layihəsi hazırlayıb.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qanuna əsasən, bioloji cinsinə zidd hərəkət edən və ya bu cür davranışları təşviq edən şəxslər bir ildən üç ilədək azadlıqdan məhrum edilə bilərlər.

Qanun layihəsi həmçinin eyni cinsdən olan şəxslər arasında nişan və ya nikah mərasimlərini də cinayət kimi müəyyən edir və bu halda dörd ilədək həbs cəzası nəzərdə tutulur.

Bundan əlavə, ictimai yerlərdə baş verən cinsi xarakterli hərəkətlərə görə maksimal cəza bir ildən üç ilə qədər artırılacaq.

Rəsmilərin açıqlamasına görə, qanun layihəsinin məqsədi ictimai əxlaqın və ənənəvi dəyərlərin qorunmasıdır.

Sənəd yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq.

Lalə, Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar