Türkiyə şənbə günü İsraildən xüsusi reyslə “Fortitude Flotilla”dan olan vətəndaşlarını vətənə qaytarmağı düşünür.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.
"Bu gün konsulluq əməkdaşları İsrailin cənubundakı təcridxanada vətəndaşlarımıza baş çəkiblər. Türkiyə vətəndaşlarının sağlamlıq vəziyyəti qənaətbəxş qiymətləndirilir", - məlumatda qeyd olunur.
Oktyabrın 1-i axşam saatlarında İsrail Hərbi Dəniz Qüvvələrinin gəmiləri Sumud flotiliyasını mühasirəyə alaraq ondan kursun dəyişdirilməsini və döyüş bölgəsindən uzaqlaşmasını tələb ediblər. İsrail hökuməti donanmanı təxribat cəhdində ittiham edib.
Oktyabrın 2-də İsrailin Sumud flotiliyasından 40-a yaxın gəminin qarşısını alıb. Gəmilərdən birinə zərbə endirilib, digərlərinə isə su şırnaqları ilə hücum edilib. Hadisədən sonra İsrail Xarici İşlər Nazirliyi donanmanın sərnişinlərinin təhlükədə olmadığını və yenidən Avropaya deportasiya ediləcəyini bildirib .
Türkiyə İsrail gəmilərinin Qreta Tunberqin flotiliyasına hücumunu terror aktı adlandırmışdı.