Ru
17:42 / 28 İyun 2026

Türkiyə millisi dünya çempionatında ona görə uğursuz olub – AĞLASIĞMAZ İDDİA

Türkiyə millisi dünya çempionatında ona görə uğursuz olub – AĞLASIĞMAZ İDDİA
Eye

Qanalı şaman Nana Kvakvu Bonsamın Türkiyə millisi ilə bağlı paylaşımı maraq doğurub.

Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Belə ki, sözügedən şaman Türkiyə millisinin 2026-cı il dünya çempionatındakı uğursuz çıxışına görə özünü günahkar hesab edib.

“Ritual zamanı Qananın rəqibini zəiflətmək üçün hazırladığım xüsusi “cadu”nun istiqaməti təsadüfən dəyişdi və təsir Türkiyə millisinə yönəldi.

Buna səbəb mərasim zamanı köməkçimin xəritəni əlində saxlayarkən büdrəməsi oldu”, – deyə şaman qeyd edib.

Bu iddialar onun öz paylaşımına əsaslanır və fövqəltəbii təsirlərə dair elmi sübut yoxdur.

Qeyd edək ki, Türkiyə millisi qrup mərhələsinin son turunda ABŞ-ni 3:2 hesabı ilə məğlub etsə də, üç oyunda topladığı 3 xalla D qrupunu sonuncu pillədə başa vuraraq mundialla vidalaşıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar