Ru
15:18 / 25 İyul 2025

Türkiyə ordusu bu ölkədə əməliyyata başladı

Türkiyə ordusu bu ölkədə əməliyyata başladı
Eye

Beynəlxalq koalisiya qüvvələri, Türkiyə Silahlı Qüvvələri, eləcə də Suriya Daxili İşlər və Müdafiə nazirliklərinin iştirakı ilə Suriyanın Hələb vilayətinin şərqində yerləşən Əl-Bab şəhərində genişmiqyaslı antiterror əməliyyatı həyata keçirilib.

Bakupost.az musavat.com-a istinadla xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, əməliyyat Suriya Daxili İşlər Nazirliyinin xüsusi bölmələrinin iştirakı ilə təşkil olunub. Əməliyyatın detalları barədə hələlik rəsmi açıqlama verilməyib.

“Sham News” agentliyinin yaydığı məlumata görə, xüsusi əməliyyatın əsas mərhələsi Əl-Bab şəhərində baş tutub. Türkiyə tərəfinin hava dəstəyi ilə həyata keçirilən əməliyyat zamanı koalisiya qüvvələri və Suriya ordusu hədəfə endirilmiş zərbələr icra edib.

Əməliyyat nəticəsində 4 silahlı zərərsizləşdirilib, İŞİD-in yüksək rütbəli komandiri və onu müşayiət edən bir neçə mühafizəçi saxlanılıb.

Əməliyyatdan sonra bölgədə, ehtimal olunur ki, hərbi əməliyyatlarla bağlı olan və hava limanı istiqamətində hərəkət edən 30 avtomobildən ibarət karvan müşahidə olunub.

Qeyd edək ki, bu əməliyyat son aylarda Suriyanın şimalında həyata keçirilən ən böyük antiterror tədbirlərindən biri hesab olunur. Əl-Babdakı reyd İŞİD-in komandanlıq strukturlarının tamamilə məhv edilməsinə yönəlmiş kampaniyanın tərkib hissəsidir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar