Ru
15:02 / 03 Dekabr 2025

Türkiyə şirkəti Rusiya ilə əməliyyatları dayandırdı

Türkiyə şirkəti Rusiya ilə əməliyyatları dayandırdı
Eye

"Mersin" neft tankerinin noyabrın sonunda Seneqal sahillərində partladılmasından sonra Türkiyənin “Beşiktas Shipping” şirkəti Rusiya ilə bağlı bütün əməliyyatları dayandıracağını açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

İstanbulda fəaliyyət göstərən şirkətin açıqlamasında bildirilir:

“Bütün fəaliyyətimiz boyunca biz beynəlxalq sanksiyalara ciddi şəkildə riayət etmişik. Lakin regionda təhlükəsizliklə bağlı vəziyyət xeyli mürəkkəbləşib. Ətraflı qiymətləndirmədən sonra gəmi və ekipajlarımızın üzləşdiyi risklərin qəbuledilməz olduğunu müəyyən etdik”.

Xatırladaq ki, noyabrın 27-də Seneqal sahillərində ankerdə dayanan "Mersin" tankeri dörd partlayış nəticəsində ciddi zədələnib və sonra batıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar