Kahramanmaraşda “Ayser Çalık” orta məktəbində silahlı insident törədən 14 yaşlı şagird İsa Aras Mersinlinin ölmədiyi ilə bağlı yayılan iddialar şəhərdə ciddi ajiotaj yaradıb.
Bakupost.az xəbər verir ki, hadisədən sonra etiraz edən və şübhələrini dilə gətirən insanların qarşısına çıxan polis rəisi açıqlaması ilə diqqət çəkib.
Belə ki, vətəndaşlar “Cəsədi görmədən öldüyünə necə inanaq?” deyə etiraz ediblər.
Bu zaman polis rəisi Mersinlinin öldüyünü təsdiqləmək üçün övladlarının canına and içib:
“Dörd övladım var, hamısı şagirddir. Əgər ölməyibsə, sabah övladlarımın üzünü görməyim”.
Qeyd edək ki, silahlı hücum nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisəni törədən İsa Aras Mersinli də yaralanıb və aldığı güllə yarasından qanaxma nəticəsində həyatını itirib.
Lalə,
BakuPost