Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum zamanı istifadə olunan silahların sahibi, hücumçunun atası – birinci dərəcəli polis rəisi Uğur Mersinli saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.
İstintaqın davamında yeniyetmənin anası, Anadolu liseyində türk dili və ədəbiyyatı müəllimi işləyən P.P.M. də nəzarətə götürülüb.
Xəbərdə bildirilir ki, hadisə ilə bağlı Türkiyə Baş Prokurorluğu araşdırmalara başlayıb.
Xatırladaq ki, 14 yaşlı İ.A.M. atasına məxsus 5 tapança və 7 dolu daraqla orta məktəbə daxil olaraq 8 şagirdi və bir müəllimi qətlə yetirəndən sonra intihar edib.
Qeyd edək ki, Kahramanmaraş valisi Mükerrem Ünlüer də hadisənin təfərrüatları ilə bağlı açıqlamasında yeniyetmənin atasına məxsus xidməti silahlardan istifadə etdiyini təsdiqləyib.
***
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi baş vermiş hücum nəticəsində 8-i şagird və 1-i müəllim olmaqla, ümumilikdə 9 nəfərin həyatını itirdiyini açıqlayıb.
***
16:36
Türkiyənin Kahramanmaraş şəhərində orta məktəblərdən birində törədilən silahlı hücum nəticəsində 4 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
***
15:15
Türkiyənin Kahramanmaraş şəhərində orta məktəblərdən birində silah səslərinin eşidilməsi həyəcanlı anlara səbəb olub.