Ru
00:50 / 26 Dekabr 2016

Türkiyədə döyülən “Masallı Rafiq”in yeni dəhşət saçan fotoları - QULAĞINI KƏSİBLƏR

Türkiyədə döyülən “Masallı Rafiq”in yeni dəhşət saçan fotoları -  QULAĞINI KƏSİBLƏR
Eye


Azərbaycanlı "qanuni oğru" "Masallı Rafiq" kimi tanınan Rafiq Eyvazovu döyən şəxslər ağır bədən xəsarətləri yetirməklə yanaşı, ona qarşı avtoritetlərə yaraşmayan  hərəkətlər ediblər.

 

BakiPost.az-a göndərilən yeni fotolardan məlum olur ki, kriminal avtoritetin qulağı kəsilib.

 

"Qanuni oğru"nun belə bir vəziyyətə salınması yəqin ki, onun "oğru dünyası" ilə vidalaşması deməkdir.   

Azərbaycanlı  "qanuni oğru” Rafiq Eyvazovun Türkiyədə döyülməsi xəbəri bu gün yayılıb.

 

 

Musavat.com-a xəbər verən mənbənin dediyinə  görə, R.Eyvazovun döyülməsinin dəqiq səbəbi məlum  deyil, amma böyük ehtimalla buna səbəb azərbaycanlı kriminallar arasında son aylar qızışan "razborka”dır.




Qeyd edək ki, R.Eyvazov  kriminal aləmdə  "Masallı Rafiq” kimi tanınır. O, bir neçə il bundan əvvəl həbsxanada serrozdan vəfat etmiş "qanuni oğru” Məmməd  Hüseynovun ("Masallı  Mamed”) uzaq qohumudur.  2013-cü ildə R.Eyvazov Bakıda silahla  tutulmuşdu. O zaman Rusiyanın  "Praym kraym” nəşri bu həbslə bağlı sensasion bir xəbər yaymışdı. Xəbərdə bildirilirdi ki,  R.Eyvazovun  "taclandırılması” müəyyən şərt daxilində həyata keçirilib. Bu şərt isə ondan ibarət imiş ki, R.Eyvazov  "qanuni oğru” adı aldıqdan sonra həbsxanaya girməli, burada isə "Lotu Quli” ləqəbli Nadir Səlifova "problem yaratmalı” imiş.  İddia edilirdi ki, R.Eyvazov həbsxanaya qəsdən göndərilir ki, "zon”da "qanuni oğru”nun "Quli” deyil, onun olduğu sübuta yetirilsin. 2013-cü ilin martında həbs edilən R.Eyvazov haqda bundan sonra heç bir məlumat olmayıb. Onun hansı cəza aldığı, harada cəza çəkdiyi barədə xəbər ictimailəşməyib. Amma göründüyü kimi,  R.Eyvazov hazırda azadlıqdadır və Türkiyəyə yerləşib.


Onun məhz Türkiyədə döyülməsi də diqqət  çəkir. Bu ilin avqustunda Rövşən Canıyev ("Rövşən Lənkəranski”) Türkiyədə qətlə yetirdikdən  sonra bir-birlərini qəbul etməyən azərbaycanlılar arasında kriminal "razborka” daha da qızışıb. "Lənkəranski” nin Türkiyədəki obyektləri  uğrunda da ciddi mübarizə gedir.


"Quli” tərəfdarları hələ ki, "Lənkəranski”nin buradakı nəzarət etdiyi obyektlərə öz iddialarını ortaya qoymayıblar. Amma sirr deyil ki, "Quli”nin qardaşı - "qanuni oğru” Namiq Səlifov bir neçə ildir Türkiyədə yaşayır. "Lənkəranski”nin qətli günü yanında  olan "qanuni oğru” "Hacı Beyləqanski” kimi tanınan Hacı Talıbxanlı da hadisədən bir müddət sonra azadlığa buraxılıb.  Son illərdə H.Talıbxanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayırdı. Belə xəbərlər var ki, o da Türkiyədə qalmaq və "Lənkəranski”nin obyektlərinə nəzarət etmək  istəyindədir. Bu obyektlər uğrunda mübarizə tərəflərdən hər hansı birinə yaxın olmaq isə indi olduqca təhlükəlidir.






Türkiyədə döyülən “Masallı Rafiq”in yeni dəhşət saçan fotoları -  QULAĞINI KƏSİBLƏR
Türkiyədə döyülən “Masallı Rafiq”in yeni dəhşət saçan fotoları -  QULAĞINI KƏSİBLƏR
Türkiyədə döyülən “Masallı Rafiq”in yeni dəhşət saçan fotoları -  QULAĞINI KƏSİBLƏR
Türkiyədə döyülən “Masallı Rafiq”in yeni dəhşət saçan fotoları -  QULAĞINI KƏSİBLƏR
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar