Ru
09:39 / 29 Dekabr 2025

Türkiyədə İŞİD-ə qarşı əməliyyat – 7 polis yaralanıb

Türkiyədə İŞİD-ə qarşı əməliyyat – 7 polis yaralanıb
Eye

Türkiyənin Yalova vilayətində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı silahlı insident baş verib.

Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat yerli vaxtla gecə saat 02:00 radələrində polisin apardığı kəşfiyyat və əməliyyat-axtarış tədbirlərindən sonra vilayət mərkəzindən təxminən 9 kilometr aralıda yerləşən Elmalık kəndində həyata keçirilib. Polis əməkdaşlarının ünvana daxil olduğu zaman evdən atəş açılıb və nəticədə qısa müddətli silahlı toqquşma yaşanıb. Əməliyyat zamanı baş verən atışmada 7 polis əməkdaşı yaralanıb.

Yaralı polislər dərhal xəstəxanaya yerləşdirilib. Vilayət rəsmilərinin yaydığı açıqlamada polis əməkdaşlarının səhhətinin yaxşı olduğu, həyatlarına təhlükə olmadığı bildirilib.

Hadisədən sonra evin ətrafı mühasirəyə alınıb, ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. Bölgədən zaman-zaman silah səslərinin eşidildiyi qeyd olunur. Əməliyyata Bursadan da xüsusi təyinatlı polis qüvvələri də cəlb olunub.

Türk mətbuatı yazır ki, İŞİD-ə qarşı keçirilən əməliyyat hazırda da davam edir, hadisə ilə bağlı araşdırma aparılır.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar