Ru
09:41 / 29 Dekabr 2025

Bu ərazilərdə partlayış səsi eşidiləcək - XƏBƏRDARLIQ

Bu ərazilərdə partlayış səsi eşidiləcək - XƏBƏRDARLIQ
Eye

Pirəkəşkül və Ağdərədə 29-30 dekabr tarixlərində istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

Bakupost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - nazirliyin müraciətində qeyd olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar