Ru
21:49 / 15 Oktyabr 2026

Türkiyəli məşhur qəzetçi: Saral, Azərbaycanda hicab qadağasından sənə nə?

Türkiyəli məşhur qəzetçi: Saral, Azərbaycanda hicab qadağasından sənə nə?
Eye

Türkiyəli tanınmış qəzetçi Erdem Atay Yutub sosial şəbəkəsindəki kanalında Azərbaycan məktəblərində hicab qadağasına tamamilə fərqli bucaqdan baxıb.

“Bakupost” xəbər verir ki, o, hər şeydən öncə bu qadağanın qətiyyən dini olmadığı, təhlükəsizliklə bağlı olduğunu vurğulayıb.

Erdem Atay Türkiyə Prezidenti Ərdoğanın baş müşaviri Oqtay Saraldan sitatı oxuyub:

“Oqtay Saral deyir ki (X hesabında yazıb - red.), Azərbaycanda hicablı şagirdlərin təhsil haqqının əngəllənməsi qəbuledilməzdir!

Ya, sənə nə? Məsələn, Azərbaycandan Əliyev gəlib desə ki, Türkiyədə hicablı hakimlərin, polislərin, əsgərlərin olması qəbuledilməzdir, nə deyərsən? “Sənə nə” deməzsənmi?

Siz daxili işlərə qarışırsınız!”

Erdem Atay vurğulayıb ki, burda çox mürəkkəb proses var: Türkiyə tənqid etdikcə Azərbaycandakı mühafizəkar kəsib daha çox boy göstərir və nəticədə İsrail İrana çalışa bilən şəxsləri təsbit edir və yaxud əksinə, buna qarşı çıxanlarla işləyə biləcəyini müəyyənləşdirir.

Jurnalistin fikrincə, Türkiyənin bu addımları dolayısı ilə İsrailin əlinə oynaya bilər.

“İş bu qədər mürəkkəbkən, biz guya dəyərlərdən danışırıq. Tamam, əgər doğurdanda narahatsansa, Oqtay bəy, buyurun, Əfqanıstanla bağlı danışın, qız uşaqlarını məktəbə buraxmırlar.

Qardaşımız, qədim dostumuz Pakistanda bu problemlər yoxdurmu? Niyə Pakistanı dilə gətirmirsiniz? Niyə Suriyanı demirsiniz? Nədən durub-durmuşkən Azərbaycanı müzakirəyə çıxarırsınız? Kimə xidmət etdiyinizin fərqindəsinizmi?

Fərd olaraq deyə bilərsən, ancaq Türkitə Cümhurbaşqanının baş müşaviri olaraq bunu deyirsənsə, hara xidmət etdiyini düşünmək məcburiyyətindəsən.

Mənim bildiyim bir şey var: Türkiyə və Azərbaycan qardaşdır və bu, həmişə belə olacaq. Bu qardaşlığa xələl gətirəcək hər hansı bir gurultu, qovğa varsa, o zaman bu, Ermənistana, İsrailə xidmətdir”.
Asena,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar