Ru
10:24 / 03 Oktyabr 2025

Türkiyəli qapıçı ardıcıl üç penaltini dəf etdi - VİDEO

Türkiyəli qapıçı ardıcıl üç penaltini dəf etdi  - VİDEO
Eye

UEFA Avropa Liqasının II turunda İtaliyanın “Roma” klubu Fransanın “Lill” komandasını qəbul edib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Roma Olimpiya Stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə yeganə qolu 6-cı dəqiqədə Hakon Haraldsson vurub.

Oyuna damğasını vuran əsas futbolçu isə “Lill”in türkiyəli qapıçısı Berke Özer olub. 25 yaşlı qolkiper 82-ci dəqiqədən sonra ardıcıl üç penalti zərbəsini dəf edərək böyük uğura imza atıb.

Belə ki, əvvəlcə “Roma”nın hücumçusu Artyom Dovbuk iki dəfə eyni küncə vurduğu penaltilərdə Berkeni keçə bilməyib.

Hər iki halda hakim Erik Lambrexts VAR qərarı ilə penaltiləri təkrarladıb. Üçüncü penalti zərbəsini argentinalı Matias Sule yerinə yetirib, lakin Berke Özer onun zərbəsini də dəf edib.

Qeyd edək ki, bu nəticə ilə “Lill” xallarını 6-ya yüksəldib və qrup liderliyini qoruyub. “Roma” isə 3 xalda qalıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar