Ru
20:40 / 29 Sentyabr 2025

Ukrayna ABŞ ilə dörd saziş bağlaya bilər

Ukrayna ABŞ ilə dörd saziş bağlaya bilər
Eye

Kiyev Vaşinqtonla dörd ikitərəfli sənəd imzalamağa ümid edir: Silah təchizatı, pilotsuz uçuş aparatlarının istehsalı, azad ticarət və təhlükəsizlik zəmanətləri barədə.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak "Rada" telekanalının efirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Ukraynanın texniki heyəti bu sənədlərdən ikisi üzrə danışıqlar aparmaq üçün bu həftə ABŞ-də olacaq.

"Bu həftə texniki nümayəndə heyəti iki mühüm müqavilənin imzalanmasına hazırlığı müzakirə etmək üçün ABŞ-də olacaq. İnanıram ki, yaxın vaxtlarda mən də ABŞ-də olacağam. Oktyabrın ortalarında baş nazirimizin səfəri planlaşdırılır. Beləliklə, iş davam edir", - o qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar