Ru
19:45 / 29 Sentyabr 2025

Nazir açıqladı: Hər 3 şagirddən biri SAVADSIZDIR

Nazir açıqladı: Hər 3 şagirddən biri SAVADSIZDIR
Eye

Azərbaycanda şagirdlərin təxminən üçdə biri funksional savadlılıq səviyyəsinə çatmır.

Bakupost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Emrullayev Bakıda "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, beynəlxalq qiymətləndirmələrin nəticələri ölkədə təhsilin əsas istiqamətlərinin gücləndirilməsinin vacibliyini göstərir:

"Statistik göstəricilər aydın göstərir ki, təxminən hər üç şagirddən biri minimal savadlılıq tələblərini ödəmir. Bu isə gələcəkdə innovasiya və sahibkarlıqdan danışmazdan əvvəl funksional savadlılığın təmin olunmasının əsas prioritet olduğunu göstərir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar