3 yaşlı uşaq atasının yanında anasının başqa bir kişi ilə görüşdüyünü dediyi anlara aid video sosial şəbəkələrdə gündəm olub.
Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, ata uşağa “Az əvvəl dediklərini təkrar et” deyə israr edərkən, uşağın sözləri izləyicilər arasında mübahisə yaradıb.
Videonun altına “Uşaqdan al xəbəri” şəklində şərhlər yazılıb. Sosial şəbəkələrdə paylaşılan video qısa müddətdə gündəm olub.
Görüntülərdə 3 yaşlı uşaq atasının yanında anasının başqa bir kişi ilə görüşdüyünü ifşa edib. Eşitdikləri qarşısında çaşqın qalan ata oğluna “Anana baxmadan az əvvəl dediyini təkrar et” deyərək uşaqdan israrla cavab istəyir.
Atasının təkidinə bir müddət dirənən uşaq “Anaya o kişinin evinə gedirik dedim” deyərək anasının başqa bir kişi ilə görüşdüyünü bildirib.