Ukraynanın müdafiə qüvvələri Rusiyanın Ryazan vilayətindəki neft emalı zavodunu vurub.
Bakupost.az xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahından bildirilib.
"Düşmənin raket-bomba zərbələri endirmək imkanlarını azaltmaq üçün Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Ryazan vilayətindəki neft emalı zavodunu vurub", - Baş Qərargahın məlumatında deyilir.
Obyektin ərazisində çoxsaylı partlayışlar və güclü yanğın qeydə alınıb.