Ru
21:26 / 22 Avqust 2022

Uşaqlar arasında yeni xəstəlik yayılır: "Pomidor qripi"nin əlamətləri

Uşaqlar arasında yeni xəstəlik yayılır: "Pomidor qripi"nin əlamətləri
Eye

Dünya daha bir təhlükəli xəstəliklə üz-üzədir.



Bakupost.az xəbər verir ki, “The Lancet” jurnalının dərc etdiyi hesabata görə, Hindistanda 82 uşaqda “pomidor qripi” aşkarlanıb.



İlk dəfə Hindistanın Kerala əyalətinin Kollam şəhərində müşahidə edilən virus daha sonra Ançal, Aryankavu və Neduvathur rayonlarında da aşkarlanıb.



Məlumata görə, virus daha çox 5 yaşdan kiçik uşaqlarda müşahidə edilir. Ancaq 9 yaşlı uşaqlar arasında da yoluxma faktları var.



Xəstəlikdən ölüm halı qeydə alınmayıb.



Virus dəridə qırmızı qabarcıqlar əmələ gətirir; digər əsas əlamətləri isə bunlardır: qızartı, yüksək hərarət, yorğunluq və oynaq ağrıları.



Xəstəliyin müalicə üsulu hələlik müəyyənləşdirilməyib.



Aysel
Baku Post

Uşaqlar arasında yeni xəstəlik yayılır: "Pomidor qripi"nin əlamətləri
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar